Haqqımızda

Haqqımızda

“EL-SEYM İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti 1996-cı ildən Azərbaycan  Respublikası ərazisində fəaliyyət göstərir. Kollektiv ali təhsilli mühəndis-texniki işçilərdən və beynəlxalq standartlara uyğun işləri yerinə yetirmək təcrübəsi qazanmış yüksək ixtisaslı usta və sənətkarlardan təşkil edilmişdir. “EL-SEYM İNŞAAT” MMC Tikinti Quraşdırma İşlərini aparmaq üçün müasir Avropa və Beynəlxalq standartlara cavab verən maşın-mexanizmlər və avadanlıqlarla  təchiz olunmuşdur. “EL-SEYM İNŞAAT” MMC 1996-ci ildən  hal-hazıra kimi Azərbaycanda fəaliyyət göstərən bir çox xarici və yerli şirkətlərin sifarişi əsasında Baş Podratçı funksiyasını öz üzərinə götürərək çoxlu  sayda inzibati, yaşayış, təmi-tikinti, mühəndis kommunikasiya və sair işləri yüksək keyfiyyətlə yerinə yetirmişdir. Şirkət işlədiyi Sifarişçi təşkilatlardan dəfələrlə təşəkkür məktubları almışdır. Azərbaycan  Respublikasının  İqtisadiyyat  Nazirliyi tərəfindən “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini” həyata  keçirməyə icazə  vermişdir.  «EL – SEYM  İNŞAAT» MMC “İSO 9001 Keyfiyyəti İdarəetmə Sistemləri”  və “OHSAS  18001 Əməyin  Mühafizəsi və İşçilərin Sağlamlığı” Beynəlxalq standartların tələblərinə uyğun İOİS-nin (İnteqrasiya  olunmuş idarəetmə sisteminin) qurulması, tətbiqi və bu standartlar  üzrə sertifikatlaşdırılmaya hazırlıq  fəaliyyətlərinin  həyata keçirilməsinə dair qərar vermişdır. 07.02.2017-ci ildə Beynəlxalq standartlaşdırma təşkilatının sertifikatını almışdır. Müəssisə Baş Podratçı olaraq 1996-1998-ci illərdə Azərbaycan  Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ)  sifarişi əsasında bir çoxlu bina və qurğuları Beynəlxalq Standartlara  uyğun tikinti işlərini yetirmiş və sifarişçiyə vermişdir. 1997-1998-ci illərdə cəmiyyət öz nəzdində fəaliyyət göstərən  Layihə-Smeta və Dizayn işləri üzrə bölmənin layihəsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Nəvai küçəsində 5  mərtəbəli ofis-yaşayış binasını Baş Podratçı olaraq tikmişdir. Müəssisə Baş Podratçı  olaraq  2003-cü  ildə Şotlandiyanın BON ACCORD  ENGİNEERİNG  SUPPLİES (CAS) şirkətinin sifarişi əsasında Bakı şəhəri, Səbail rayonu ərazisində  həmin  şirkətin Bakıdakı  nümayəndəliyi üçün 3 mərtəbəli ofis binasının Böyük  Britaniya standartlarının tələblərinə  uyğun tikib Sifarişçiyə təhvil vermişdir.  Müəssisə 2000-2003-cü illərdə Bakı şəhərinin Binə Hava Limanında Azərbaycan Hava Yolları Dövlət Konserninin Azərbaycan-İrlandiya-“AZAL” ATM Müştərək Müəssisəsinin sifarişi əsasında “Boeinq-757” və “2006-2008-ci illərdə “Silk Way Technics” MMC- nin sifarişi əsasında  “Golfstream” təyyarələri цчцн iri aşırımlı müasir anqar komplekslərinin  tikinti-quraşdırma işlərini yüksək keyfiyyətlə yerinə yetirərək istismara təhvil vermişdir. "EL-SEYM İNŞAAT"  MMC 2003-cü ildə “Kaspian Geophysical Joint Venture Limited” şirkətinin sifarişi əsasında Bakı şəhəri, Heydər Əliyev prospektində şirkətə məxsus anbarda tikinti-quraşdırma işlərini yerinə yetirmişdir. 2003-cü ildən indiyə dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi ilə dövlət əhəmiyyətli iri tikinti komplekslərinin tikinti-quraşdırma işlərini yerinə yetirmişdir. 2003-2004-cü ildə müəssisə Azərbaycan Respublikası  Ədliyyə  Nazirliyi yanında  “Hüquq” Tədris Mərkəzinin inzibati binasının əsaslı təmiri və mühəndis kommunikasiya xətlərinin quraşdırılması işlərini yetirmişdir. 2004-cü ildə Yaponiya hökümətinin ayırdığı qrant hesabına Sulu-Təpə qəsəbəsində 300 yerlik оrta məktəb binası tikilib, Sifarişçiyə təhvil verilmişdir. 2003-2005-ci ildə Azərbaycan Respublikası  Milli Təhlükəsizlik Nazirliyinin sifarişi əsasında Milli Təhlükəsizlik Nazirliyinin poliklinikasının əsaslı təmiri və yenidən qurma işlərini yerinə yetirmişdir. 2005-ci ildə "EL-SEYM İNŞAAT" MMC Azərbaycan Respublikası  Ədliyyə Nazirliyi nəzdində Dövlət Reyestr Xidmətinin İnzibati binasında əsaslı təmir işlərini başa çatdırmışdır. 2005-2006-ci ilərdə  Bakı şəhəri, Lökbatan qəsəbəsində Qaradağ rayon Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı şöbəsinin və Notariat Kontorunun inzibati binasının tikinti işlərini başa çatdırmışdır. 2005-2006-cı illərdə Bakı şəhəri, Nizami rayonu ərazisində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sifarişi əsasında müasir standartlara uyğun, Nizami rayon Məhkəməsinin yeni inzibati binası tikilib, Sifarişçiyə təhvil verilmişdir. 2005-2006-cı illərdə “Avtomobilist-2” MTK-nın sifarişi əsasında Bakı şəhəri, İnşaatçılar prospektində 9 mərtəbəli yaşayış binasının tikinti-quraşdırma işlərini başa çatdırmışdır.  2005-2008 -ci illərdə “İsmayıloğlu” MTK-nın sifarişi əsasında Bakı şəhəri, 7-ci mkr-da 11 mərtəbəli 4 bloklu yaşayış evinin tikinti işlərini başa çatdırmışdır. 2007-ci ilin sonuna Cəlilabad rayon Maliyyə Şöbəsinin sifarişi əsasında yeni 2 mərtəbəli inzibati binanın tikinti işlərini yekunlaşdıraraq təhvil vermişdir. 2007-ci ildə Cəmiyyət Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin sifarişi əsasında Nizami rayon Qeydiyyat şöbəsinin inzibati binasının təmir-tikinti işlərini başa çatdırmışdır. 2007-ci ildə Zabrat Aeroportu ərazisində anqar kompleksinin təmir-montaj işlərini, eyni zamanda məişət korpusunun tikintisini başa çatdıraraq ”Silk Way Technics” MMC-ə təhvil vermişdir. 2008-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Əlillərin Bərpa Mərkəzinin sifarişi ilə mərkəzin bina və qurğularında əsaslı təmir işlərini yerinə yetirmişdir. 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi əsasında Sabunçu Rayon Qeydiyyat Şöbəsinin inzibati binasında cari təmir, Lənkəran Rayon Qeydiyyat Şöbəsinin inzibati binasında isə əsaslı təmir işlərini yerinə yetirmişdir. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi əsasında Şirvan Regional Ədliyyə şöbəsinin 4 mərtəbəli inzibati binasının tikintisini başa çatdırmışdır. 2008-2010 –cu illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi əsasında  Lənkəran şəhərində Ağır Cinayyətlər Məhkəməsinin binasının tikintisini başa çatdırmışdır. 2010-2012-ci illərdə Dünya Bankının maliyyə dəstəyi ilə Ədliyyə Nazirliyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsinin sifarişi əsasında Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 3 mərtəbəli yeni inzibati binasının tikintisini başa çatdırmışdır. 2011-2012-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sifarişi ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmir və yenidən qurma işləri, Xızı Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir işlərini başa çatdırmışdır. 2011-2012-ci illərdə Dünya Bankının maliyyə dəstəyi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin sifarişi əsasında Lənkəran Ərazi İdarəsinin 3 mərtəbəli inzibati binasının tikintisini başa çatdırmışdır. 2011 – 2012 – ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi ilə Gəncə Hərbi Məhkəməsinin  və Gəncə İqtisad Məhkəməsinin əsaslı təmirini başa çatdırmışdır. 2011 – 2012 – ci illərdə  Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin Gəncə Ərazi İdarəsinin sifarişi ilə Gəncə Ərazi İdarəsinin 3 mərtəbəli inzibati binasının tikintisini başa çatdırmışdır. 2011 – 2012 – ci illərdə  Cəlilabad Rayon İcra Hakimiyyətinin sifarişi əsasında Cəlilabad şəhər 6 saylı 180 şagird yerlik  tam orta məktəb binasının tikintisini başa çatdırmışdır. 2011-2012-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin sifarişi əsasında Cəlilabad rayonu Sabirabad kəndində 480 şagird yerlik orta məktəb binasının tikintisini başa çatdırmışdır. 2011-2012-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi əsasında Daşkasən rayonu Xoşbulaq kəndində “Gənclərin Təlim və İstirahət Mərkəzi” binasının tikintisini başa çatdırmışdır. Obyektin açılışında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Azərbaycanın birinci vitse prezident xanım Mehriban Əliyeva iştirak etmişdilər. 2011-2013-cu illərdə Səhiyyə Nazirliyinin sifarişi əsasında Pirallahı qəsəbəsində 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının  əsaslı təmir işlərini başa çatdırmışdır. 2012 – 2013 – cü illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin sifarişi əsasında Soltankənd kəndində 180 şagird yerlik tam orta məktəb binasının tikintisini başa çatdırmışdır. 2012 – 2013 – cü illərdə Səhiyyə Nazirliyinin sifarişi əsasında Astara  Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri işlərini başa çatdırmışdır. 2012 – 2013 – cü illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Tərtər rayonunda Mədəniyyət Evinin əsaslı təmirini başa çatdırmışdır. 2012 – 2013 – cü illərdə Dövlət Sosial Müdafiə Fondunun sifarişi əsasında Beyləqan Rayon Şöbəsinin yeni inzibati binasının tikintisini başa çatdırmışdır. 2013 – cü illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin sifarişi əsasında Həziabad kəndində 360 şagird yerlik tam orta məktəb binasının tikintisini başa çatdırmışdır. 2012-2013-cü illərdə Azərbaycan Metanol Şirkətinin sifarişi ilə “Azərbaycan Metanol Şirkəti” QSC-nin ərazisində tikilən Boru Estakadasının təməlinin və metal konstruksiyasının tikinti quraşdırma işlərini başa çatdırmışdır. 2013 – 2014 – cü illərdə Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi/“Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsinin sifarişi əsasında Quba Rayon Məhkəməsinin 2 mərtəbəli yeni inzibati binasının tikintisini başa çatdırmışdır. 2013 – 2014 – cü illərdə   Dünya Bankının maliyyə dəstəyi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyster Xidməti/Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi DƏDRX-nin Beyləqan ərazi idarəsinin 3 mərtəbəli yeni inzibati binasının tikintisini başa çatdırmışdır. 2014 – cü ildə Cəlilabad Rayon İcra Hakimiyyətinin sifarişi əsasında Cəfərli kənd 180 şagird yerlik ümumi tam orta məktəb binasının tikintisini başa çatdırmışdır. 2014 – 2015 – ci illərdə Dünya Bankının maliyyə dəstəyi ilə Əmlak Məsələləri dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyster Xidməti/Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi ƏMDK-nin İnformasiya Texnologiya Mərkəzinin 4 mərtəbəli yeni inzibati binasının tikintisini başa çatdırmışdır. Obyektin açılışında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev iştirak etmişdir. 2017-ci ildə Səhiyyə Nazirliyinin sifarişi əsasında Neftçala Rayon Mərkəzi Xəstəxanasınn əsaslı təmiri və yenidən qurma  işlərini başa çatdırmışdır Obyektin açılışında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev iştirak etmişdir 2017-ci ildə  Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi/“Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu” layihəsinin sifarişi əsasında Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin  6 mərtəbəli yeni inzibati binanın tikinti işlərini başa çatdırmışdır.  Obyektin açılışında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Hal-hazırda “EL-SEYM İNŞAAT”MMC aşağıdakı obyektlərdə tikinti işlərini  davam etdirir :   -       Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi əsasında Lənkəran rayonunda “1000 nəfərlik Qarışıq  Rejimli Cəzaçəkmə  Müəssisəsi”; -       Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi/“Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu” layihəsinin sifarişi əsasında Suraxanı Rayon Məhkəməsi; -       Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi/“ Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu” layihəsinin sifarişi əsasında Masallı  Rayon Məhkəməsi; -       Bakı şəhəri, Nərimanov rayonu, Təbriz  küçəsində, zirzəmi+14 mərtəbəli+mansardlı yaşayış binası; -      Sumqayıt şəh., Dəniz kənarı bulvar ərazisində zirzəmi+10mərtəbə +mansardlı 2 bloklu yaşayış binası. -         Azərbaycan  Respublikası  Səhiyyə Nazirliyinin sifarişi əsasında  Fizuli Rayon Mərkəzi Xəstəxanası; -         Amerika Birləşmiş Ştatları Ordu  Mühəndisləri  Korpusunun sifarişi və maliyyə dəstəyi  əsasında Bərdə rayonu, Güloğlular kəndində 220 şagird yerlik tam orta  məktəb binası
Ardını oxu